AZ

Ağ Evin Ukraynaya silah tədarükünü dayandırmasının SƏBƏBİ

Yazını böyüt
Yazını kiçilt

"Pentaqonun bütün hərbi yardımları standart şəkildə nəzərdən keçirməsi səbəbindən ABŞ Ukraynaya silah tədarükünü dayandırıb".

Hafta.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib. Jurnalistlər Ukraynaya müəyyən növ silahların tədarükünün dayandırılması barədə qərarın şəxsən ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib-verilmədiyini soruşublar. "Bu, ABŞ-nin təkcə Ukraynaya deyil, dünyanın bütün ölkələrinə və regionlarına verdiyi bütün hərbi yardımların standart nəzərdən keçirilməsidir", - deyə o cavab verib.

Xatırladaq ki, ABŞ Ukraynaya müəyyən növ silahların, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemi üçün raketlərin tədarükünü dayandırıb. /RBK/

Seçilən
8
hafta.az

1Mənbələr