Ermənistanın baş naziri Nikol Paşinyan erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcəyini bildirib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, N.Paşinyan bu barədə sosial şəbəkədə yazıb.
O bildirib ki, "anti-dövlət qruplaşması" tərəfindən ələ keçirilən erməni kilsəsinin "azad edilməsinə" şəxsən rəhbərlik edəcək.
Xatırladaq ki, bundan əvvəl Ermənistandakı təhlükəsizlik qüvvələri iki yepiskopu saxlayıb, onlar hakimiyyəti qəsb etmək cəhdində ittiham olunurlar.