AZ

Rusiyadan daha bir TƏXRİBAT Bu dəfə bayrağımızı...

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Rusiyanın Lenta.ru saytında Azərbaycan-Rusiya münasibətlərinə dair videoçarxda Cənubi Azərbaycanın bayrağı yerləşdirilib.

Bakupost.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Rusiya saytının bu təxribatçı addımla ölkəmizə qarşı hörmətsizlik etdiyi vurğulanıb.

Qeyd edək ki, sözügedən videoçarx Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan haqqında mənfi fikirlərinin yer aldığı xəbərin sonunda paylaşılıb. Zatulin Azərbaycan və Rusiya arasında müttəfiqliyin olmadığını deyib.

Aysel,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
6
www.bakupost.az

7Mənbələr