AZ

Zəngilanda yabanı halda bitən 1 tona yaxın çətənə bitkisi məhv edilib

Bakı, 8 iyul, AZƏRTAC

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə “Xaş-xaş 2025” planına uyğun olaraq tədbir həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı Zəngilan rayonunun Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

 

Seçilən
107
26
azertag.az

10Mənbələr