AZ

Honqkonqda Kriştianu Ronaldu Muzeyi açılıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 iyul, AZƏRTAC

Honqkonqda Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronalduya həsr olunmuş muzey açılıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, İncəsənət və Mədəniyyət Mərkəzində yerləşən ekspozisiyada 40 yaşlı futbolçunun karyerasına aid əlamətdar əşyalar, həmçinin 2008-ci ildə qazandığı “Qızıl top” mükafatı sərgilənir.

Bundan başqa, sərgidə ulduz oyunçunun uşaqlıq illərini keçirdiyi Lissabondakı otağın maketi də nümayiş olunur. Ronaldunun yaxın vaxtlarda Honqkonqa gedərək adını daşıyan muzeyi ziyarət edəcəyi gözlənilir.

Qeyd edək ki, muzey 2026-cı ilin iyun ayına qədər Honqkonqda fəaliyyət göstərəcək. Daha sonra Çinin materik hissəsindəki əraziyə köçürüləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
2
azertag.az

3Mənbələr