Bakı.Trend:
Videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi iləbağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirilib.
Trend xəbərverir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumatyayıb.
Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlifofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarınınidarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindənməsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərinşəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirənvideomaterialları ələ keçirməklə xarici internet informasiyaresurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərləbağlı əməliyyat-texniki tədbirlər həyata keçirilmişdir.
Aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlifünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin realvaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarınınsatışa çıxarıldığı da müəyyən olunmuşdur.
Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları iləbirgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradanqaldırılması təmin edilmişdir.
Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmışmüşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilmiş, bucihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlikboşluğu aşkarlanmış və həmin boşluğun kibermüdaxilənin əsas faktoruolduğu müəyyənləşdirilmişdir.
Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradanqaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilmiş,habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərininxarici internet informasiya ehtiyatlarından silinməsi təminolunmuşdur.
Vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlımüvafiq qaydalara ciddi riayət etmələri, mənşəyi və texnikigöstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanıdiqqətli olmaları tövsiyə edilir.