AZ

Avropa Liqası: "Hayduk" - "Zirə" oyununun keçiriləcəyi stadiona fırtına ciddi ziyan vurdu

Xorvatiyanın Split şəhərində fırtına ilə müşahidə olunan güclü külək "Hayduk" klubunun ev oyunlarını keçirdiyi "Polyud" stadionuna ciddi zərər vurub.

Teleqraf xəbər verir ki, küləyin gücündən arenanın örtüyünün bir hissəsi qopub, qazon zərər görüb, qazonu su basıb və gündəlik iş rejimi pozulub.

Günorta saatlarında komandanın yeni transferi Fran Karaçiçin təqdimat mərasimi olmalı idi. Lakin mətbuat konfransına gələn jurnalistlər klubun üzləşdiyi zərəri işıqlandırmaq üçün stadiona aparılıb.

Klub rəsmisi Bojo Pavkoviç bildirib ki, cənub və qərb tribunalarının birləşməsində dam örtüyünə ciddi ziyan dəyib. O, fırtına tam sakitləşdikdən sonra dama alpinistlər qaldıracaqlarını açıqlayıb.

Seçilən
39
teleqraf.com

1Mənbələr