AZ

Avqust ayı Ukrayna üçün çətin olacaq Sırski

ain.az bildirir, Sfera.az saytına əsaslanaraq.

“Ukrayna ordusu “beynəlxalq vəziyyətin qeyri-sabitliyi” səbəbindən silah və hərbi texnika əldə etmək üçün yeni yollar axtarır”.

Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

Sırski qeyd edib ki, Rusiya Silahlı Qüvvələri qüvvə və vasitələr baxımından nəzərəçarpacaq üstünlüyə malikdir. Onun sözlərinə görə, avqust ayı Ukrayna üçün çətin olacaq və hərbi əməliyyatlar geniş səfərbərlik tələb edəcək.

O əlavə edib ki, tabeliyində olan hərbçilərlə keçirilən görüşdə Ukraynanın bir sıra regionlarında səfərbərliyə çağırış qaydalarının pozulması halları müzakirə olunub, aşkar edilmiş nöqsanlar və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilib.

Fidan Hacızadə

Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
sfera.az

2Mənbələr