MİNGƏÇEVİR, 8 iyul. TELEQRAF
Mingəçevir İcra Hakimiyyəti binasının damında təmir işləri aparan gənc faciəli şəkildə həyatını itirib.
Teleqraf-ın yerli bürosu xəbər vereir ki, bu gün binanın çardaq hissəsində təmir işləri aparan gənc işçi yüksəkliyə qalxarkən yerə yıxılıb.
Aldığı xəsarətlərdən yerindəcə keçinən gəncin kimliyi hələ dəqiqləşdirilməyib.
İlkin məlumatlara görə, gənc təmir işləri ilə məşğul olub və hadisə nəticəsində ciddi zədələr alıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hadisənin səbəbləri və təmir işlərinin kim tərəfindən təşkil olunduğu barədə məlumatlar isə hələlik açıqlanmayıb.