AZ

Jurnalistika fakültəsinin tədris proqramı dəyişməlidir - MEDİA üzvü

Bakı. Trend

Jurnalistika fakültəsinin tədris proqramı dəyişməlidir, bununartıq vaxtıdır.

Trend xəbərverir ki, bunu “Medianın inkişafında Ümummilli Lider HeydərƏliyevin rolu” adlı konfrans çərçivəsində baş tutan dəyirmi masadaçıxışı zamanı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinindekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğludeyib.

"2025-ci ildən jurnalistika ixtisasının tədris proqramında mühümdəyişikliklər gözləyirəm. Proqram müasir dövrün tələblərinə cavabverməlidir. Bu, təkcə texnoloji yeniliklərə uyğunlaşma iləməhdudlaşmır, eyni zamanda informasiya cəmiyyətinin çağırışlarına,yeni peşə standartlarına və jurnalistikanın transformasiyasınacavab verən bir yanaşma tələb edir”, – deyə V. Zifəroğluvurğulayıb.

Media savadlılığının vacibliyinə toxunan dekan bu sahədəixtisaslaşmaya ehtiyac olduğunu bildirib:

“Jurnalistika fakültəsində artıq media savadlılığı fənni tədrisproqramına daxil edilib. Lakin bu kifayət deyil. Media savadlılığıüzrə ixtisaslaşma olmalıdır ki, bu sahədə mütəxəssisləryetişdirilsin və onlar orta məktəblərdə, universitetlərdə dərskeçsinlər. Qərbi Avropada media savadlılığı 1940-cı illərinsonlarından, Türkiyədə isə 1970-ci illərin ortalarından etibarənorta məktəblərdə tədris olunur.
Bu gün dezinformasiya geniş yayılır. Bunun qarşısını almağıneffektiv yolu media savadlılığının tədrisə inteqrasiya edilməsidir.Belə olan halda auditoriya həm etibarlı məlumat mənbələrini ayırdetməyi, həm də aldığı informasiyanı analiz etməyi bacaracaq. Bu,dezinformasiyanın yayılmasının qarşısını da müəyyən mənadaalacaq.
Yəni artıq media savadlılığı təkcə jurnalistlər üçün deyil,cəmiyyətin bütün üzvləri üçün zərurətə çevrilib. Bu səbəbdən dəgələcək jurnalistlərə bu sahənin ayrıca öyrədilməsi vacibdir”.

O, əlavə edib ki, müasir medianın sürətlə dəyişdiyi bir dövrdəənənəvi tədris metodları ilə irəliləmək mümkün deyil vəproqramların yenilənməsi, tələbələrin rəqəmsal bacarıqlarınıninkişaf etdirilməsi əsas hədəflərdən biri olmalıdır.

Seçilən
34
4
az.trend.az

5Mənbələr