AZ

Məktəbli formaları yenidən DƏYİŞDİRİLİR?

Yazını böyüt
Yazını kiçilt

İyul ayı olmasına baxmayaraq artıq məktəbli geyimləri ilə bağlı müzakirələr başlayıb. Valideynlərin ən çox düşündüyü suallardan biri məktəbli formalarının dəyişib-dəyişməyəcəyi və qiymətlərlə bağlıdır. Çünki sosial şəbəkələrdə və bəzi KİV-lərdə bu barədə müxtəlif, bəzən bir-birinə zidd iddialar dolaşır. Bəziləri formaların dizaynının yenilənəcəyini, digərləri isə qiymət artımının qaçılmaz olduğunu yazır.

Elm və təhsil naziri Emin Əmrullayev məsələ ilə bağlı konkret danışıb. Onun sözlərinə görə, məktəbli formasının dizaynı yalnız Nazirlər Kabinetinin qərarı ilə dəyişə bilər. “Hazırda belə bir qərar yoxdur və mərkəzləşdirilmiş dəyişiklik nəzərdə tutulmur”, – deyə nazir jurnalistlərə bildirib.

Bu o deməkdir ki, yeni tədris ilində heç bir məktəb şagirdindən fərqli dizaynlı forma tələb edə bilməz. Əvvəlki illərdə istifadə edilən geyim nümunələri tam şəkildə qüvvədə qalır.

Məktəbli formalarının əsas istehsalçılarından biri olan “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov qəzetimizə açıqlamasında bildirib ki, hər il dizaynın dəyişməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “Formaların dizaynı Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən müəyyən olunur. Heç bir şirkət və ya şəxs bu dizaynı dəyişə bilməz”.

Seçilən
34
hafta.az

1Mənbələr