AZ

Şəki və Qəbələnin bəzi kəndlərində qaz olmayacaq

BAKI, 8 iyul. TELEQRAF

Şəki və Qəbələnin bəzi kəndlərində sabah və 10 iyul tarixində qaz kəsiləcək.

"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Şəki xidmət sahəsinin ərazisində Şəki rayonu Baltalı kəndində ölçü qovşağının quraşdırılması məqsədi ilə 09.07.2025-ci il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Baltalı kəndi və Yeni Çələbixan qəsəbəsində cəmi 961 əhali və 4 qeyri-əhali abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qəbələ xidmət sahəsinin ərazisində Qəbələ rayonu Mirzəbəyli kəndində ölçü qovşağının quraşdırılması məqsədi ilə 09.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək cəmi 656 abonentin, Həmzəlli kəndində isə 10.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Bum, Həmzəlli, Qəmərvan kəndlərində cəmi 2371 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaqdır.

Seçilən
134
4
teleqraf.com

10Mənbələr