AZ

Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq

Bakı.Trend:

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıqelmləri fakültəsi fəaliyyətə başlayacaq.

Bu barədə Trend-ə ali təhsil müəssisəsindən məlumat verilib.

Bildirilir ki, fakültədə yerli və xarici ekspertlərin birgəhazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı)proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıqelmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı(qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbuluaparılacaq.

Fakültədə tətbiq ediləcək müasir təhsil modeli tələbələrinnəzəri biliklərini praktik vərdişlərə çevirməyə imkan yaradacaq.Eyni zamanda, inteqrə olunmuş və fənlərarası təhsil modelivasitəsilə multidissiplinar yanaşmanın inkişafına yönələcək. Bundanəlavə, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətləriniinkişaf etdirmək üçün də müxtəlif imkanlar təqdim olunacaq.

Məqalədə:
Seçilən
63
az.trend.az

1Mənbələr