Avropa Komissiyasının sədri Ursula von der Leyen Pekini faktiki olaraq Rusiyanın hərbi iqtisadiyyatına dəstək verməkdə ittiham edib.
KONKRET.az xəbər verir ki, Ursula von der Leyen deyib:
“Çin de-fakto Rusiyanın hərbi iqtisadiyyatının işləməsini təmin edir. Bu cür davamlı dəstək Avropada daha da böyük qeyri-sabitliyə və qeyri-müəyyənliyə gətirib çıxarır. Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyi Aİ-Çin münasibətlərində əsas amil olacaq. Aİ və Çin arasındakı münasibətlər təkcə müharibə səbəbindən deyil, həm də avtomobil, elektronika, polad və günəş enerjisi kimi sektorlardakı mübahisələr üzündən gərgin olaraq qalır. Pekin beynəlxalq rəqabəti boğur, qlobal bazarları dolduraraq rəqiblərini sıradan çıxarmağa çalışır”, – deyə Leyen vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az