AZ

“By Xanə” restoranından ŞİKAYƏT: Yüksəksəsli musiqilər sakinlərə rahatlıq vermir – VİDEO

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən Xanə restoranın fəaliyyəti ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Bakues.az-a daxil olan şikayətə görə, yaşayış binalarının tam yaxınlığında fəaliyyət göstərən restoranda hər axşam yüksəksəsli musiqinin səsləndirilməsi bina sakinlərini ciddi şəkildə narahat edir.

Şikayət məktubunda qeyd edilir ki, obyektdən gələn musiqi səsi binada yerləşən mənzillərin içərisində aydın eşidilir.

“Restornın səs-küyündən evdə yaşamaq heç cür mümkün deyil. Bu özbaşınalığa yol verilməməsini tələb edirik. Restorana dəfələrlə xəbərdarlıq olunandan sonra səs azaldılır, amma bir müddətdən sonra yenidən yüksək səs verilir” – bina sakini qeyd edib.

Xatırladaq ki, ictimai və yaşayış binalarında, yaşayış tikililəri ərazisi, eləcə də insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” ilə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğlərdə cərimə edilir.

Mövzuya aid videogörüntünü təqdim edirik:

https://bakues.az/public/uploads/2025/07/bakues_3aaaa4e33cf90fcb1cb1deb9b4403beb_syi9jobrpx2f105zqn4l.mp4

Seçilən
105
icma.az

1Mənbələr