AZ

Bu ölkə də avroya keçdi 

Bolqarıstan 2026-cı il yanvarın 1-dən rəsmi olaraq avroya keçəcək.

KONKRET.az xəbər verir ki, Avropa Parlamenti Bolqarıstanda 2026-cı il yanvarın 1-dən avronun tətbiqini böyük səs çoxluğu ilə dəstəkləyib.

Belə ki, 531 üzv ölkənin avro zonasına daxil olmasının lehinə, 69-u əleyhinə səs verib, 79-u isə bitərəf qalıb. Bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

“Avroya keçid sadəcə valyutanın dəyişdirilməsi deyil, həm də Bolqarıstan iqtisadiyyatını gücləndirəcək, vətəndaşlara və bizneslərə əlavə faydalar gətirəcək mühüm nailiyyətdir”, – Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib.

Bolqarıstanın Avrozonaya daxil olması digər Aİ ölkələri ilə daha sıx iqtisadi inteqrasiya, maliyyə sabitliyinin artması və yeni investisiya imkanları deməkdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
2
1
konkret.az

2Mənbələr