Bakı. Trend:
Qanunsuz ov hallarına görə bu ilin ötən müddəti ərzindəümumilikdə 103 050 manat məbləğində cərimə tətbiq olunub.
Bu barədə Trend-in sualına cavab olaraq Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədovbildirib.
O qeyd edib ki, qanunsuz ovetmə faktları Cəlilabad, İmişli,Neftçala, Lənkəran, Tovuz, Biləsuvar, Salyan, Xızı, Xaçmaz,Biləsuvar, Ağcabədi rayonlarında, Bakı, Sumqayıt və Gəncəşəhərlərinin ərazisində qeydə alınıb.
Qeyd edək ki, qanunsuz ovla bağlı cərimə ilə yanaşı, ovhüququnun məhdudlaşdırılması cəzası da tətbiq edilə bilər. Belə ki,ov qaydalarını kobud şəkildə pozan şəxslərin altı aydan iki ilədəkmüddətə ov hüququ məhdudlaşdırıla bilər.