AZ

Pezeşkian: Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

12 günlük müharibə vaxtı qonşu ölkələrin İsraillə əməkdaşlığı ilə bağlı xəbərlər təsdiqlənməyib.

APA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Gilan vilayətinin İnzibati Şurasının iclasında deyib.

Pezeşkianın sözlərinə görə, bəzi şayiələrin əksinə olaraq, qonşu ölkələrlə İsrail arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik qurumları tərəfindən təsdiqlənməyib.

İran Prezidenti vurğulayıb ki, hətta bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bəyan ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
15
apa.az

10Mənbələr