
Hal-hazırda İsmayıllının turistlər üçün ayrılmış, təbiətin qoynunda, əl əməyi ilə yaradılmış günəbaxan plantasiyasındayıq "Günə baxan gözəllik". Gördüyümüz günəbaxan tarlası yer ilə göy arasında sanki bir harmoniya yaradır. Sakitlik, rəngarənglik və təbiətin sehri burada birləşir. Ulusum.az xəbər verir ki, İsmayıllıda yerləşən bu günəbaxan bağı son zamanlar turistlərin sevimli məkanına çevrilib. Parlaq sarı günəbaxanların fonunda şəkil çəkdirmək istəyənlər buraya axışır.
Yay mövsümündə sosial şəbəkələrdə ən çox paylaşılan məkanlardan biridir. Təbiət və foto həvəskarları üçün ideal olan bu tarlada həm dincəlmək, həm də unudulmaz kadrlar çəkmək mümkündür. Yerli sakinlər isə bu marağı bölgəyə yeni nəfəs kimi dəyərləndirirlər.
2 gündür İsmayıllıda dincələn Ulusum.az olaraq, izləyicilərimiz üçün ruhu dincəldən qısa görüntülər təqdim edirik – bu dəfə reportaj yox, sadəcə təbiətin sehrindən bir an.R.İkramlıUlusum.az
Diqqət Çəkənlər
Bu dünyada dəyişməyən iki şey var: vergi və ölüm
Ermənistanda enerji savaşı alovlandı: Milyarderin ailəsinə basqın, şirkətə hücum
Kremldə ölüm sükutu: Starovoyt faciəsi şübhələri artırdı