İyulun 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verməyə başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. Bildirilib ki, PKK lideri Abdullah Öcalan videomesaj vasitəsilə təşkilatın Qəndildə yerləşən qərargahına müraciət edəcək və tərksilah prosesinin başlanması üçün mexanizmin qurulmasına çağırış edəcək.
Məlumata görə, PKK-nın tam şəkildə silahı buraxması prosesi 2 aydan 5 aya qədər vaxt ala bilər.
Silahlarını təhvil verən PKK üzvlərinin İraqda yaşamasına icazə veriləcək.
Natiq Səlim,
KONKRET.az