AZ

Bakıda 6 aydır dayanacaqda yaşayan yaşlı qadınla bağlı RƏSMİ AÇIQLAMA

Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin xidmətlərindən çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlarımız qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər.

Bu barədə Sosial Xidmətlər Agentliyindən Far.Az-ə bildirilib.

Qeyd edilib ki, müəssisəyə qəbul olunanlar burada 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər. 

Güləbətin Əlosman qızı Zəkiyeva da 10.09.2021-ci il tarixində müəssisəyə yerləşdirilib və həyat şəraiti nəzərə alınaraq uzun müddət burada yaşayıb. Vətəndaş 18.08.2024-cü il tarixində öz ərizəsi ilə sığınacaqdan çıxıb. Güləbətin Zəkiyeva 28.01.2025-ci il tarixində yenidən müəssisəyə qəbul edilib və ötən dövrdə burada dövlət qayğısı ilə əhatə olunub. 

Müalicə alması məqsədilə vətəndaş Güləbətin Zəkiyeva əməkdaşlarımız  tərəfindən 3 dəfə müxtəlif xəstəxanalara yerləşdirilib, amma vətəndaş hər dəfə öz istəyi ilə xəstəxananı tərk edib.

Qeyd edək ki,  əməkdaşlarımız tərəfindən Güləbətin Zəkiyeva daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Quba rayonuna yola salınıb, lakin vətəndaş qısa müddət yaxın qohumlarının (Quba rayonunda 2 qardaşı və 2 bacısı yaşayır) yanında qaldıqdan sonra yenidən Bakıya qayıdıb. Əməkdaşlarınız tərəfindən Güləbətin Zəkiyeva ailəsinə reinteqrasiya olunmasına və müalicəsi üçün müvafiq tibb müəssisəsinə yerləşdirilməsinə cəhd göstərilsə də vətəndaş etiraz edib.

***16:49

Bakıda evsiz qadın dayanacaqda gecələyir.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub. 

Bildirilib ki, yaşlı qadın 6 aya yaxındır ki Zabrat qəsəbəsi ərazisində, Kürdəxanı yolunun üstündə yerləşən dayanacaqda yaşayır. Onun hansı səbəbdən evsiz qaldığı bəlli deyil. 

Sözügedən kadrı təqdim edirik:

Banu Hüseynli

Seçilən
58
far.az

1Mənbələr