AZ

Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

İyulun 7-də Beşbarmaq dağında paraşütlə tullanma zamanı Bakı şəhər sakini, 36 yaşlı Nuranə Məcidova qayaya çırpılaraq həyatını itirib.

Onun həvəskar paraşütçü olduğu bildirilir.

Paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov bildirib ki, N.Məcidova uçuş zamanı digər pilotlarla birlikdə olub:

"Aralarında müəyyən məsafə vardı. Hadisəni görüblər və dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. On il əvvəl də buna bənzər bir hadisə yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Bir müddət fasilə vermişdi, sonra yenidən bu idmanla məşğul olmağa başlamışdı".

Təlimatçının sözlərinə görə, Nuranə Məcidovanın yeddi yaşlı övladı var idi:

"Əlindən gələni edirdi ki, uşağı yaxşı təhsil alsın. Arzusu var idi, bu il Türkiyənin Fethiye bölgəsinə gedərək Babadağda uçuş etmək istəyirdi. Təəssüf ki, qismət olmadı".

Ətraflı Baku TV-nin süjetində:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
12
baku.ws

10Mənbələr