GƏNCƏ, 9 iyul. TELEQRAF
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1965-ci il təvəllüdlü Yazgül Orucuni avtomobil vurub.
60 yaşlı qadın xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.