AZ

ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Bryus

ABŞ Ukraynaya dəstəyini heç vaxt dayandırmayıb və bundan sonra da davam etdirmək niyyətindədir.

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.

O bildirib ki, son fasilə ABŞ hökumətinin yeni yanaşması kimi qəbul edilməməlidir.

"Biz Ukraynanın ən böyük dəstəkçisi olmuşuq və belə də qalacağıq", - deyən Bryus ABŞ Prezidenti Donald Tramp administrasiyasının ukraynalıların ehtiyac duyduqları şeyə sahib olmasına əminliyini izah edib.

Seçilən
75
5
olke.az

6Mənbələr