AZ

Rusiyalı politoloq: Moskvanın artıq İrəvandan böyük gözləntiləri yoxdur

BAKI, 9 iyul. TELEQRAF

Ölkələr arasında ittifaqı qorumaq istəyi üçün Rusiya indiki Ermənistan hakimiyyəti ilə münaqişədə deyil.

Teleqraf xəbər verir ki, bunu tarix üzrə fəlsəfə doktoru, Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silayev deyib.

Politoloq vurğulayıb: "Rusiyanın kursu təxminən belədir: biz Ermənistanla ittifaqı qorumaq istəyirik və onun qorunub saxlanması üçün səy göstərəcəyik. Bu o deməkdir ki, biz indiki Ermənistan hakimiyyəti ilə mübahisə etmirik, kəskin ictimai qarşıdurmaya getmirik".

N.Silayev Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərdə mümkün dəyişiklikləri dəyərləndirib və Rusiya rəhbərliyinin qəti mövqeyini qeyd edib. Onun fikrincə, Moskvanın artıq İrəvandan böyük gözləntiləri yoxdur, ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın hərəkətləri Kremldə məyusluğa səbəb olmayacaq.

Seçilən
35
1
teleqraf.com

2Mənbələr