AZ

Ərdoğanın dəstəklədiyi təklif parlamentdən keçmədi

BAKI, 9 iyul. TELEQRAF

Türkiyənin Gələcək Partiyasının İstanbuldan seçilən millət vəkili İsa Mesih Şahinin Novruz bayramının milli bayram elan edilməsi ilə bağlı təqdim etdiyi qanun layihəsi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə edilərək səsə qoyulub.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi parlamentdə keçirilən səsvermədə qəbul olunmayıb. TBMM-də təmsil olunan AKP və MHP nümayəndələri layihənin əleyhinə səs veriblər.

Yada salaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramının milli bayram elan edilməsi ilə bağlı təklifi dəstəklədiyini bəyan etmişdi.

Seçilən
77
teleqraf.com

1Mənbələr