AZ

Üsyançılardan bütün kürdlərə ÇAĞIRIŞ – Bərzaniyə qarşı silahlı müqavimət başlayacaq

Kürdüstanın Həbat bölgəsində yerləşən Karaxancir kəndində təhlükəsizlik qüvvələri ilə yerli sakinlər arasında baş vermiş qarşıdurma bölgədə vəziyyəti daha da gərginləşdirib.

KONKRET.az xəbər verir ki, insident torpaq mülkiyyəti ilə bağlı davam edən mübahisə çərçivəsində bir tayfa üzvünün həbsinə cəhd göstərilməsi zamanı baş verib. Təhlükəsizlik qüvvələrinin əməliyyatına qarşı çıxan Xurşid Xarqi tayfasının tərəfdarları silahlı müqavimət göstəriblər, yolları bağlamaq üçün təkər yandırıblar və hüquq-mühafizə orqanlarının irəliləməsinin qarşısını almağa çalışıblar.

Silahlı dəstənin nümayəndələrindən biri bildirib:

“Biz bütün tayfaları kürd millətinə xəyanət etmiş, onu birliyindən və gücündən məhrum etmiş Məsud Bərzaninin rejiminə qarşı milli üsyana qoşulmağa çağırırıq.”

Qeyd edək ki, Kürdüstan Regional Hökuməti məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Təhlükəsizlik qüvvələri bölgədə nəzarəti bərpa etməyə çalışır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
12
1
konkret.az

2Mənbələr