BAKI, 9 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukrayna üçün xüsusi fond yaratmağı düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Bildirilib ki, Aİ 2028-ci ildən Ukrayna üçün 100 milyard avro dəyərində xüsusi fond yaratmağı planlayır.
Bu, birliyin 2028-2034-cü illər üçün nəzərdə tutulmuş büdcəsinin bir hissəsi ola bilər.
Mənbə qeyd edir ki, bu variant 3,5 ilə yaxındır davam edən müharibənin sona çatması əlamətlərinin görünməməsi fonunda müzakirə olunmağa başlayıb.