AZ

Rusiya ordusu aktivləşdi: Bu ölkə döyüş təyyarələrini havaya qaldırdı

Polşa hərbi hava qüvvələri gərgin anlar yaşayıb.

Publika.az xəbər verir ki, bu barədə Polşa silahlı qüvvələrinin bölmələrinin operativ komandanlığının bəyanatında deyilir.

Buna səbəb Rusiyanın Ukraynadakı fəaliyyəti olub.

Polşa prosedurlarına uyğun olaraq, əməliyyat komandiri sərəncamında olan bütün qüvvə və vasitələrin işə salınmasını əmr edib. Cüt döyüş təyyarələri də havaya qaldırılıb.

Bundan başqa, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Seçilən
65
7
publika.az

10Mənbələr