AZ

Çin XİN: Çin-Rusiya əməkdaşlığı üçüncü tərəflərin müdaxiləsini qəbul etmir- ÖZƏL

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Pekindən Moskva ilə əməkdaşlığı məhdudlaşdırma tələbinə cavab verib.
Olaylar.az xəbər verir ki,  bu barədə Mao Nin bildirib ki, Çin və Rusiya arasında normal əməkdaşlıq üçüncü tərəflərə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsinə məruz qalmamalıdır.
"Çin və Rusiya arasında olan əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlmir və kənar müdaxiləni qəbul etmir", - deyə o, keçirdiyi brifinqdə qeyd edib.
Çin rəsmisinin bu açıqlaması, Ursula fon der Leyenin Pekini Rusiya ilə əlaqələri məhdudlaşdırmağa çağırmasından sonra gəlib. Pekin isə bu çağırışa sərt cavab verərək, öz xarici siyasət kursunun müstəqil və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr