AZ

Hindistanda körpü çökdü - 8 nəfər öldü

BAKI, 9 iyul. TELEQRAF

Hindistanın Qucarat ştatında yerləşən Qambhira körpüsünün bir hissəsinin dağılması nəticəsində azı 8 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.

Məlumata əsasən, körpünün bir hissəsi qəfil çöküb və həmin anda oradan keçən üç avtomobil çaya düşüb.

"Hadisə yerinə dərhal polis, yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub. Yanğınsöndürmə xidmətinin əməkdaşı bildirib ki, xilasetmə işləri dərhal başlayıb və 10 nəfər çaydan çıxarılıb.Hadisənin başvermə səbəbləri araşdırılır, xilasetmə işləri isə davam edir",- məlumatda deyilir.

Qeyd edək ki, Qambhira körpüsü Qucaratın üçüncü böyük şəhəri olan Vadodara yaxınlığında, təxminən 25 kilometr məsafədə yerləşir və bölgənin nəqliyyat sistemində əhəmiyyətli rol oynayır.

Seçilən
46
teleqraf.com

1Mənbələr