AZ

Tramp Moskva və Pekini bombalayacağını deyibmiş | VİDEO

AzVision.az xəbər verir ki, səs yazısını yayımlayan “CNN” telekanalının məlumatına görə, Putin və Si Cinpinlə danışıqlarda Rusiya qoşunlarının Ukrayna sərhədini keçəcəyi və Çinin Tayvana hücum edəcəyi təqdirdə Tramp birbaşa bombardmanlar hədələrini də dilə gətirib.

“Mən Putinə dedim ki, Ukraynaya girsən, Moskvanıbombalayacağam. Sənə deyirəm, mənim seçimim olmayacaq. Putin mənə inanmadığını dedi. Bununla belə, Rusiya lideri mənə 10% inandı”,- Ağ Evin rəhbəri deyib.

Trampın Putinə qarşı tənqidi Senatda dəstəklənib| VİDEO
Si Cinpinlə görüşü zamanı da Tramp ona deyib ki, Çin Tayvana hücum edərsə, ABŞ Pekini bombalayacaq. Ağ Ev rəhbərininsözlərinə görə, Çin lideri onun“dəli olduğunu”düşünüb.

- Mən cavab verdim ki, başqa seçimim yoxdur, sizi bombalayacağam. Pekini bombalayacağıq”,- Amerika lideri vurğulayıb.

Xatırladaq ki, dünən ABŞ prezidenti Vladimir Putinlə söhbətlərinə toxunaraq, Rusiya prezidentindən “yaxşı səslənsə də, nəticədə heç bir məna kəsb etməyən” “çox səfeh” sözlər eşitdiyini bildirib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
46
azvision.az

1Mənbələr