AZ

Bölgə klubu bu həftə futbolçuları sevindirməlidir

Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunda büdcə ilə bağlı qeyri-müəyyənlik davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, ötən mövsüm komandada çıxış edən bəzi futbolçular hələ də maaşlarını ala bilməyib. Onlar bununla bağlı rəhbərliyə müraciət ediblər. Oyunçulara bu həftə əmək haqqlarının ödənəcəyi bildirilib. 

Qeyd edək ki, bir müddətdir mətbuatda baş məşqçi Füzuli Məmmədovla yolların ayrıldığı və onun yerinə Ramiz Məmmədovun təyin ediləcəyi yazılır.

Hələlik bu barədə klub tərəfindən rəsmi açıqlama verilməyib.

 

 

Seçilən
60
idmanxeber.az

1Mənbələr