AZ

Son dəqiqə: Öcalanın müraciəti yayıldı

Terror təşkilatı olan Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalan son illərdə ilk dəfə ictimaiyyət qarşısına çıxaraq çərşənbə günü yayılan nadir video görüntülərdə qrupun Türkiyə dövlətinə qarşı silahlı mübarizəsinin başa çatdığını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İyun tarixli və PKK-ya bağlı “Fırat” xəbər agentliyi tərəfindən yayılan yeddi dəqiqəlik səsyazmasında Öcalan Türkiyə parlamentini tərksilah prosesinə nəzarət etmək və daha geniş sülh prosesini təşkil etmək üçün xüsusi komissiya yaratmağa çağırıb.

"Silahlı mübarizə mərhələsi başa çatıb. Bu məğlubiyyət deyil, tarixi bir qələbədir", - Öcalan bildirib. “Silahlı müqavimət mərhələsi indi könüllü olaraq öz yerini demokratik siyasət və hüquq mərhələsinə verməlidir”, - Öcalan deyib.

1999-cu ildə həbs olunduqdan sonra ilk dəfədir ki, Öcalanın və ya onun səsinin videoyazısı yayılır. Kadrlarda kürd liderinin yüngül polo köynək geyindiyi, qarşısında bir stəkan su və stolda oturaraq vərəqdən oxuduğu görünür. Həbsdə olan daha 6 PKK üzvü yaxınlıqdadır və hamısı birbaşa kameraya baxır.

"Əsas məqsədə nail olundu - varlığın özü də tanındı. Başqa hər şey lazımsız təkrar və çıxılmaz vəziyyət olardı", - Öcalan vurğuladı.

Seçilən
44
publika.az

1Mənbələr