AZ

Yaponiyada yeni hərbi baza açıldı

Yaponiyanın Saqa bölgəsində Çinin artan hərbi fəaliyyətləri səbəbilə ölkənin cənub-qərbindəki adaları qoruma qabiliyyətini gücləndirmək üçün yeni bir hərbi bazanın açıldığı elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bu bazanın Osprey tipli hərbi nəqliyyat təyyarələrinə ev sahibliyi edəcəyi qeyd olunub.

 Mümkün fövqəladə hallarda Yaponiya ordusunun xüsusi müdaxilə birləşmələrinə əsgər və avadanlıq daşımaqla məsul olan donanmanın ilk təyyarəsinin hərbi bazaya gətirildiyi bildirilib.

Təxminən 420 əsgərin xidmət edəcəyi hərbi bazaya avqust ayının ortalarınadək ümumilikdə 17 təyyarənin köçürülməsi planlaşdırılır.

Seçilən
108
1
operativmm.az

2Mənbələr