ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda taksi xidmətindən istifadə edən sərnişin sürücünü aldadaraq ödəniş etmədən qaçıb. Avtosfer.az xəbər verir ki, bu barədə sürücü redaksiyamıza müraciət edərək şikayətini bildirib. Onun sözlərinə görə, 90-YJ-243 dövlət nömrə nişanlı "Changan" markalı avtomobillə "Bolt" platforması vasitəsilə fəaliyyət göstərir.
Sürücü Bayıl qəsəbəsindən sifariş götürdüyü sərnişini Nizami metrostansiyasının yaxınlığında düşürüb. Bu zaman sərnişin pulunun üzərində olmadığını, evdən gətirib verəcəyini deyib. Sürücü onu gözləsə də, sərnişin geri qayıtmayıb. Beləliklə, sürücü həm gediş haqqını ala bilməyib, həm də sərnişini gözlədiyi müddətdə dayanma qaydasını pozduğuna görə 2 bal 80 manat məbləğində cərimələnib.
Sərnişinin üzünü əks etdirən həmin videonu təqdim edirik.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.