Hurriyyet.az xəbər verir ki, PKK lideri Abdullah Öcalan yenidən terror təşkilatını silahını yerə qoymağa çağırıb.
Türkiyə mətbuatının yazdığına görə, Öcalan tərəfdarlarına video ilə müraciət edib.
Öcalan deyib: "Mən silahın gücünə inanmıram, siyasətin və ictimai sülhün gücünə inanıram.Sizi bu prinsipi həyata keçirməyə çağırıram. Qarşıdakı dövdə mənim çağırışım - qurultayın qərarı əsasında, mənin axırıncı məqaləmdəki fikirlərin və təkliflərin əsasında addımlar atmaqdır".
Hürr Tərcüman