AZ

Pekin AK sədrinə cavab verib | VİDEO

AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Çinin Xarici İşlər nazirliyinin nümayəndəsi Mao Nin belə bəyanat səsləndirib.

“Çin və Rusiya arasındakı əməkdaşlığa müdaxilə edilməməlidir. Moskva və Pekinin qarşılıqlı fəaliyyəti üçüncü tərəflərə qarşı yönəlməyib”,- Mao Nin vurğulayıb.

Məlumatda deyilir ki, bu, Pekindən Moskva ilə əməkdaşlığı məhdudlaşdırmağı tələb edən Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenə cavabdır.

Aİ Rusiya-Çin münasibətlərindən narahatdır- VİDEO
Belə ki, iyulun 8-də Ursula fon der Lyayen Çini Rusiya ilə əməkdaşlığa və Ukrayna münaqişəsindəki mövqeyinə görə tənqid edib. AK sədri deyib ki, Çin Rusiyanın“müharibə iqtisadiyyatını” dəstəkləyir və Pekinin Avropa İttifaqı (Aİ) ilə münasibətləri onun Ukrayna ilə bağlı mövqeyindən asılı olacaq.

Daha əvvəl isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Çinin Xarici İşlər naziri Van İ ilə görüşü ərəfəsində Çin şirkətlərini Moskva ilə əməkdaşlığa görə tənqid edib. Onun sözlərinə görə, Çin korporasiyaları Rusiyanın Ukraynadakı münaqişədə“xilasedici dairəsi” dir.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
45
azvision.az

1Mənbələr