KƏLBƏCƏR, 9 iyul. TELEQRAF
İyulun 9-da Kəlbəcərdə evakuator üstündə gedən ağır tonnajlı texnika aşıb.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, rayon ərazisində “Dayman” markalı evakuatorhərəkətdə olarkən üstündə olan sepli yer qazan traktor aşıb.
Hadisə zamanı yer qazan traktorun sürücüsü aşan traktorun içində olsa da, xəsarət almayıb.
Traktorun yan şüşələri sınıb və kabin hissəsi əzilib.
Faktla bağlı araşdırma aparılır.