AZ

Ağdam-Füzuli yolunda aşan mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub -AYNA

Bakı. Trend:

İyulun 9-da Ağdam-Füzuli yolunda mikroavtobusun aşması vəsərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsiilə bağlı təəssüflənirik. Baş vermiş hadisə ilə bağlı bildiririkki, qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılışkartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü NəqliyyatAgentliyinin məlumatında bildirilib.

Qeyd edək ki, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm vəmüntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında”Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası NazirlərKabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilətəsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqajdaşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı iləsifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi vədaşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyarelektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyaraltsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişindaşımalarının formulyar doldurulmadan həyata keçirilməsiməsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşımailə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isətexniki müayinədən keçməlidir.

Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərəndaşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq.

Məqalədə:
Seçilən
24
19
az.trend.az

10Mənbələr