İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa unikal hədiyyə təqdim edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu Trampa Amerika istehsalı olan B-2 bombardmançı təyyarəsi formasında hazırlanmış xüsusi “mezuza” (İbranicə "qapı dirəyi" deməkdir) hədiyyə edib.
"Mezuza" yəhudilikdə qapıların üstündən asılan xüsusi hazırlanmış duadır.
Netanyahunun bu maraqlı hədiyyəsi ABŞ-nin İranın Fordo nüvə obyektinə son hücumunda istifadə etdiyi bombardmançı təyyarəyə istinad kimi verilib.