AZ

"Getmək vaxtıdır" - Orbanın təklifi

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Vİktor Orban Avropa Komissiyasının başçısı Ursula fon der Lyayeni istefa verməyə çağırıb.

Orban X səhifəsində AK-nin rəhbərinin şəklini dərc edərək yazıb: "Getmək vaxtıdır".

Qeyd edək ki, sabah, Strasburq şəhərində Avropa Parlamentinin iclası keçiriləcək. İclasda fon der Lyayenə etimadsızlıq məsələsi müzakirə ediləcək. AK rəhbəri özü də iclasda iştirak edəcək. Bu təşəbbüs Aİ Məhkəməsinin qərarı ilə əlaqədardır. Aİ Məhkəməsi koronavirus pandemiyası dövründə Avropa İttifaqının "Pfiizer" şirkətindən COVİD-19 vaksinlərinin aldığı zaman AK-nın addımlarının qeyri-şəffaf olduğunu qərara alıb.

Hürr Tərcüman

Орбан

 

Seçilən
144
hurriyyet.az

1Mənbələr