Footbal-plus saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Viktor Osimhenin gələcəyi ilə bağlı verəcəyi qərar tək ''Qalatasaray''da yox, ona maraq göstərən digər klublarda da böyük səbirsizliklə gözlənilir. Bu arada sosial şəbəkələrdən çox fəal istifadə edən ''Mançester Yunayted''in əfsanəsi Rio Ferdinand öz podkastında nigeriyalı forvard ilə bağlı diqqətçəkən açıqlamalar verib. Son məlumatlara görə Osimhen elə ''Qalatasaray''da qalmağa yaxındı. Ferdinand məhz bu xəbəri şərh edərkən bunları deyib:
''Mənim podkastımın izləyiciləri gözəl bilir ki, burda ən çox müzakirə etdiyim futbolçulardan biri məhz Osimhendi. Təkrar-təkrar bu mövzuya qayıtmalı oluram. Çünki o, təcrübəlidi və ən yüksək səviyyədə qol vurmağı bacarır. Bu gün ''Qalatasaray''ın Osimhen üçün 50 milyon funt sterlinqlik bir təklif irəli sürdüyünü oxudum. Yəni müasir futbolun ən yaxşı və top-səviyyəli bir forvardı üçün cəmi 50 milyon funt sterlinq kifayətdi. Amma futbol ''bazarındakı'' qiymətlərlə müqayisədə bu, çox azdı. ''Mançester Yunayted'' dünya səviyyəli bir mərkəz hücumçusu almaq üçün çırpındığı bir vaxtda Osimhen bu məbləğə ''Qalatasaray''a yollansa, çox ciddi bir xəyal qırıqlığı yaşayacam. Yaxşı bir ''9 nömrə'' transfer edə bilməsək, Dyokereşin əldən çıxmasına üzüləcəm. Ancaq Osimheni Mançesterə gətirə bilsək, artıq Dyokereşin transferinin alınmamasına cox da üzülməyəcəm''.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.