AZ

Eks-nazirdən Yekaterinburq hadisələrinə reaksiya: "Danışmasan, elə bilərlər ki, sözün yoxdur"

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının xüsusi bölməsi tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar işgəncə ilə öldürülüb. Bir neçə soydaşımız həbs edilib. Onlarla azərbaycanlıya ciddi bədən xəsarətləri yetirilib.

Modern.az hadisəylə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarovun mövqeyini öyrənib.

Saytımıza açıqlamasında Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın hadisələrlə bağlı mövqeyi tam doğrudur:

"Mən düşünürəm ki, Azərbaycan-Rusiya münasibətləri birmənalı olaraq yeni mərhələyə qədəm qoyub. Əlbəttə, öz tərəfindən Azərbaycan hadisəyə narazılığını bildirir ki, soydaşlarımız Rusiya vətəndaşı olsalar da, onları belə döymək, öldürməklə məsələni həll etmək olmaz. Azərbaycan açıq şəkildə bəyan edir ki, bu, qəbuledilməzdir. Mən Azərbaycanın bu mövqeyini tam şəkildə dəstəkləyirəm. Düzgün yol tutulub. Söz deməsən, elə bilərlər ki, sözün yoxdur".

Seçilən
51
2
modern.az

3Mənbələr