AZ

Qazaxıstan nəqliyyat infrastrukturunu ardıcıl şəkildə inkişaf etdirir - Qazaxıstanlı ekspert

Bakı. Trend:

Qazaxıstan "Şimal–Cənub" və "Şərq–Qərb" kimi əsas tranzitmarşrutları çərçivəsində nəqliyyat infrastrukturunu ardıcıl şəkildəinkişaf etdirir, bu zaman isə xüsusilə Transxəzər beynəlxalqnəqliyyat marşrutunun genişləndirilməsinə diqqət yetirilir.

Bunu Trend-ə özəlmüsahibəsində qazaxıstanlı politoloq Aygerim Jampetova deyib.

Onun sözlərinə görə, Yaxın Şərq və Əfqanıstan kimi qonşuregionlarda artan qeyri-sabitlik şəraitində Qazaxıstan təkcəvasitəçi və investor kimi deyil, eyni zamanda müxtəlif dövlətlərarasında dialoqun fəal tərəfdarı kimi çıxış edir.

“Ölkənin sülh şəraitində birgəyaşayış, nəqliyyat əlaqəliliyi vəiqtisadi inteqrasiya prinsiplərinə əsaslanan strategiyası,Turgundi–Herat dəmir yolu xəttinin tikintisi kimi konkrettəşəbbüslərlə reallaşır. Bu xətt təkcə Mərkəzi və Cənubi Asiyanıbirləşdirməyəcək, həm də region üçün və destabilizasiya riskləriilə üzləşən Əfqanıstanın iqtisadi infrastrukturunun bərpasıbaxımından mühüm rol oynayacaq,” – deyə o vurğulayıb.

Jampetova qeyd edib ki, Qazaxıstan iqlim və enerjitəhlükəsizliyi sahəsində də fəallıq nümayiş etdirir, bu isə Bakıdayerləşən İƏT-in Təmiz Enerji Mərkəzinin Nizamnaməsini imzalamasıilə təsdiqlənir.

“Bu, davamlı enerji sahəsində əməkdaşlığın genişlənməsi, ekolojitəmiz texnologiyaların mübadiləsi və İƏT ölkələrinin inteqrasiyaolunmuş enerji siyasətinin formalaşdırılması üçün səylərininəlaqələndirilməsi baxımından yeni imkanlar yaradır,” – deyə ekspertəlavə edib.

Politoloqun fikrincə, Xankəndidə keçirilmiş Zirvə görüşününnəticələrinə dair imzalanmış kommunike İƏT-ə üzv dövlətlərinqarşılıqlı iqtisadi və humanitar dəstəyin gücləndirilməsinəkollektiv iradəsini ifadə edib. Həmçinin, Yaxın Şərqdəkimünaqişələrin nəticələri də daxil olmaqla, bölgənin xaricitəzyiqlərə və qlobal çağırışlara qarşı dayanıqlığının artırılmasıüçün əlaqələndirilmiş. səylərin vacibliyi vurğulanıb.

“Bu şəraitdə Xankəndi sammiti regional əməkdaşlığın yenimemarlığının formalaşdırılması və iştirakçı ölkələr arasındatərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində strateji addımoldu,” – deyə Jampetova bildirib.

Ekspert əlavə edib ki, İƏT-in 17-ci zirvə görüşü Qazaxıstan vəAzərbaycanın regional əməkdaşlıqda konstruktiv və strateji yönümlüiştirakçılar kimi artan rolunu təsdiqlədi.

“Hər iki ölkə İƏT-in institusional və infrastruktur bazasınınmöhkəmləndirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına, yaşılgündəliyin təşviqinə və genişlənən Avrasiya məkanında inklüzivinkişafa sadiqliyini nümayiş etdirdi,” – deyə o yekunlaşdırıb.

Məqalədə:
Seçilən
37
az.trend.az

1Mənbələr