AZ

Əli Kərimlinin 7 tezisi: 7 analitik nonsens!

Əlbəttə, mən siyasi plüralizmin və cəmiyyətdə siyasi institutların güclü olmasının tərəfdarıyam. Düşünürəm ki, hər bir cəmiyyətdə müxalifət partiyaları öz nəfəsini, enerjisini, ictimai nəzarət və siyasi mübarizə əzmini hakimiyyətə ən yüksək səviyyədə hiss etdirməli, meydana intellektual mövqe ilə çıxmalıdır. Çox təəssüflər olsun ki, Azərbaycan müxalifətinin belə bir potensialı, sadəcə olaraq, yoxdur. Bunun çoxsayda obyektiv və subyektiv səbəbləri var. Amma zənnimcə əsas səbəblərdən birincisi müxalifətin iqtisadi differensiasiyadan kənarda qalması; ikincisi isə, siyasi partiyaların cəmiyyətin sosial dinamikasından bəhrələnməməsidir. Bu iki amil vaxtilə populyar fiqur olmuş, hətta çevrəsində müəyyən siyasi cazibə də yarada bilmiş AXCP Əli Kərimlinin siyasi iflasını da şərtləndirir.

Bəlkə də o, bundan sonrakı həyatını bir vəkil, yaxud iş adamı kimi davam etdirsə, özünə də, cəmiyyətə də daha çox xeyir verə bilər. Amma bu resurslarla, bu təfəkkürlə, bu intellektual səviyyə ilə onun siyasətlə məşğul olması Azərbaycan ictimai şüuru və milli maraqları baxımından dissipasiyadan başqa bir şey deyil. Dissipasiya- enerjinin faydalı iş görmək əvəzinə istilik və ya digər nizamsız forma şəklində ətrafa yayılması və istifadəyə yararsız hala düşməsidir. Hər nə qədər şövqlə paylaşsa belə, “European Pravda” da yayımladığı məqalə Əli Kərimlinin siyasi dissipasiyasının tipik nümunəsinə çevrildiyini açıq ortaya qoyur. Niyəsini bilmək üçün, gəlin, Qərb mediasının təzə ştatdankənar müxbiri olan AXCP sədrinin həmin mediada irəli sürdüyü 7 tezisi incələyək.

Birinci tezis: “İlham Əliyev başa düşməyə başlayıb ki, Rusiyanın müttəfiqi olmaq hətta rəqibi olmaqdan da təhlükəli ola bilər.”

- Olduqca zəif, hətta tutarsız yanaşmadır! İlham Əliyev hakimiyyətdə olduğu bütün dövrdə balanslaşdırılmış xarici siyasət yürüdüb. Bu siyasətin mahiyyəti Rusiyaya tam qarşı çıxmaq deyil, milli maraqlar çərçivəsində Kremllə işləmək üçün əməkdaşlıq çərçivəsi yaratmaqdır. Azərbaycan nə NATO, nə də KTMT üzvüdür. Rəsmi Bakı qlobal qarşıdurmalarda neytral mövqe tutur, rasional və praqmatik mövqe nümayiş etdirir. Əli Kərimlinin başa düşmədiyi və ya başa düşmək istəmədiyi odur ki, Azərbaycan Heydər Əliyev yenidən hakimiyyətə gəldiyi gündən bəri Rusiya ilə həmişə məsafəsini düzgün təyin edib, ölkəni Rusiyanın təsir orbitindən çıxarmaq və mümkün təzyiqlərinə müqavimət gücünü artırmaq üçün çalışıb. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycana ən ciddi təhlükəsizlik zəmanətini elə Azərbaycan özü verir!

İkinci tezis: “Rusiyadakı və Azərbaycandakı rejimlər aralarındakı körpüləri yandırmaq niyyətində deyillər. Cənubi Qafqazda demokratikləşmənin qarşısını almaqda Putin və Əliyev gerçək müttəfiqlərdir.”

- Bu iddia da absurd və mübaliğəlidir. Azərbaycanla Rusiya arasında ideoloji müttəfiqlik yoxdur, heç zaman da olmayıb. Bu olmadan da hansısa “rejimlərarası körpü”dən danışmaq yersizdir. İlham Əliyev bir siyasi lider və dövlət başçısı kimi ekspansionizmdən uzaqdır, milli maraqlar və regionda sabitlik üçün çalışır. Üstəlik, Azərbaycanın Türkiyə ilə, İsraillə, Britaniya ilə, ABŞ-la, qonşu Gürcüstanla, türk və islam dövlətləri ilə yüksək səviyyədə əməkdaşlıq etməsi göz qabağındadır. Bütün bunlar Azərbaycan hakimiyyətinin “Putinlə ideoloji tandem” yaratması iddialarının puç olduğunu göstərir. İlham Əliyev Rusiyanın “anti-demokratiya layihəsi”nin tərkib hissəsi olsaydı, o zaman Ukrayna ilə bağlı rəsmi Bakının mövqeyi indikindən tam fərqli olardı. Bu necə “demokratiyaya qarşı müttəfiqlik”dir ki, Azərbaycan iqtidarı Ukraynada da, Gürcüstanda da “məxməri inqilab” dalğasında hakimiyyətə gələn liderlərlə yaxından əməkdaşlıq edib?

Üçüncü tezis: “AXCP və Milli Şura Rusiyanın imperiya ambisiyalarını ölkəmiz üçün təhlükəli sayır və müttəfiqlik bəyannaməsinin ləğvini istəyir.”

- Baho!!! Söhbət Rusiyanın Azərbaycanda yaratdığı Milli Şuradan gedir, Əli bəy? Bəli, Rusiyanın imperiya ambisiyalarını ölkəmiz üçün təhlükəlidir. Amma Milli Şura məhz bu təhlükəli ambisiyanın bir elementi kimi ərsəyə gəlmişdi. Lütfən, gözümüzə kül üfürməyin. Bundan savayı, cəmiyyətdə elektoral qarşılığı olmayan və reputasiyası çirklənmiş siyasi evciklərin- AXCP və Milli Şuranın bu təhlükəyə qarşı çıxmaq üçün hansı real gücü və imkanları var? Əgər bu təşkilatlar həqiqətən alternativ kurs təqdim edə bilsəydi, cəmiyyətin dəstəyini qazanar və müzakirələrə real subyekt kimi qoşulardılar. İndi MŞ funksionerləri, sadəcə boşboğazlıq edir, qeybət qırırlar.

Dördüncü tezis: “Azərbaycanın MDB-də qalması absurddur.”

- Bu iddianın da heç bir mənası yoxdur. MDB yarandığı gündən bəri heç zaman formallıqdan çıxa bilməyib. Azərbaycan da MDB-yə formal olaraq üzvdür. Bu platforma vasitəsilə Rusiya ilə balanslı əlaqələr qorunur, lakin Azərbaycanın geosiyasi suverenliyi məhdudlaşdırılmır. “Lava”nı üstümüzə çəkmək risklidir- Rusiyanı daha aqressiv reaksiyalara sürükləməyə ehtiyac yoxdur. Bu cür müzakirələr Azərbaycan MDB-yə üzv olmazdan əvvəl də gedirdi. Sonra Elçibəy hakimiyyətinin ayrı-ayrı nümayəndələri etiraf etdi ki, heç bir gerçək funksionallığı olmayan MDB-yə görə münasibətləri qəlizləşdirməyə dəyməzmiş. Nəhayət, MDB-dən çıxmaq rəsmi Bakı üçün bir alətdir. Bu alətdən nə zaman istifadə edəcəyini İlham Əliyev daha yaxşı bilir.

Beşinci tezis: “Yalnız Avropa ailəsinə inteqrasiya müstəqilliyimizi gücləndirə bilər.”

Seçilən
154
aznews.az

1Mənbələr