AZ

"Keşlə" bazarında nə baş verir?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, ev 24M ünvanında yerləşən "Keşlə" bazarında yoxlama aparıb.

Milli.Az xəbər verir ki, agentlikdən verilən məlumata görə, aparılan baxış zamanı balıq məhsullarının emalı sahəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi və müəssisədəki sanitar-texniki, sanitar-gigiyenik şəraitin qənaətbəxş olmadığı müəyyən edilib.

Həmçinin balıq məhsullarının tələb olunan temperatur rejiminə əməl edilmədən - soyuducu şəraitindən kənarda saxlanılaraq satışa çıxarıldığı aşkarlanıb.

Yoxlama zamanı çəlləklərdə duzlanmış, antisanitar şəraitdə emal olunmuş, kəskin qoxulu və həşəratlarla sirayətlənmiş ümumi çəkisi 740 kiloqram olan balıq məhsulu aşkarlanıb. Bu məhsulların insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

Faktla bağlı satışa yararsız məhsulların məhv edilməsi və satışının qadağan olunması barədə məhdudlaşdırıcı tədbirlər görülüb. Eyni zamanda nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb, inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. 

Asya
Milli.Az

Seçilən
20
15
milli.az

10Mənbələr