AZ

Subsidiya nədir və niyə verilir?

Kənd təsərrüfatı hər bir ölkənin iqtisadi və sosial sabitliyi üçün strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Əhalinin ərzaqla təmin olunması, məşğulluğun artırılması və regionların inkişafı bilavasitə aqrar sektorun dayanıqlığı ilə bağlıdır. Bu baxımdan, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur. Fermerlərin fəaliyyətini stimullaşdırmaq, istehsal xərclərini azaltmaq və kənd yerlərində rifahı yaxşılaşdırmaq məqsədilə hökumət müxtəlif subsidiya mexanizmləri tətbiq edir. 

Valyuta.az subsidiya, məqsədi Azərbaycan hökumətinin verdiyi subsidiyaları araşdırıb.

Subsidiya - dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə qarşılıqsız verilən maliyyə vəsaitidir. Subsidiyalar dövlət büdcəsindən müəyyən iqtisadi və sosial hədəflərə çatmaq məqsədi ilə verilir. Həmin məqsədlərə fermerlərin xərclərini azaltmaq, yerli istehsalın artmasını təmin etmək, ərzaq təhlükəsizliyini gücləndirmək, rəqabət qabiliyyətini artırmaq, təkrar investisiyalara və texnologiyaya yol açmaq daxildir.

Dövlət subsidiya siyasəti eyni zamanda kənd yerlərində sosial vəziyyəti sabitləşdirməyə və iş yerlərinin yaradılmasına da yardım edir.

Azərbaycan hökuməti geniş dairədə subsidiyalar təqdim edir. Bu subsidiyalara əkin subsidiyaları, bağçılıq intensiv subsidiyaları, texnikanın və damcı suvarmanın subsidiyası, yanacaq, gübrə, toxum və pestisid subsidiyaları, heyvandarlıq və arıçılıq subsidiyaları daxildir. 

Azərbaycan subsidiya sisteminin bir çox faydası var. Belə ki, subsidiyalar fermerin həm əkin, həm məhsul səviyyəsində xərclərinin azalmasına yardım edir. Texnoloji modernizasiya və suvarma sistemlərinin yayılması üçün stimul verir. Bağçılığa yönəlik intensiv layihələrdə böyük məbləğlər təqdim olunur və məqsədli strukturlaşdırma və şəffaflaşmaya doğru addım atır.

Qeyd edək ki, subsidiya mexanizmi Azərbaycan kənd təsərrüfatında strateji rol oynayır. Məqsəd yerli istehsalı artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək, fermerləri texnoloji-modernliyə təşviq etməkdir. 

Günay

Seçilən
27
valyuta.az

1Mənbələr