AZ

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

PFL Azərbaycan Kubokunun final matçı ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2025/2026 mövsümündə sözügedən turnirin həlledici qarşılaşması Premyer Liqanın son turlarından öncə baş tutacaq.

Qurum bu addımı komandaların istirahət vaxtına mane olmamaq üçün atacaq. Final matçının çempionatdakı mübarizənin başa çatmasına 2-3 tur qalmış həftəiçi oynanılması planlaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Kubokunun son qalibi "Sabah"dır. Mərdəkandakı "Dalğa Arena"da "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edən Masazır komandası tarixində ilk tituluna sahib çıxıb.

Nihat 

Seçilən
42
1
fanat.az

2Mənbələr