AZ

Elşən İbrahimov Rusiyadan çıxarılır

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov bu dəqiqələrdə Rusiyadan deportasiya olunur.

Musavat.com xəbər verir ki, məlumata görə, o, Moskvanın Şeremetyevo hava limanından Bakıya yola salınacaq.

Qeyd edək ki, İbrahimov bir müddət əvvəl Rusiya vətəndaşlığından məhrum edilmişdi. Buna səbəb onun ölkədə qalma qaydalarını pozması olub.

Elşən İbrahimovun Azərbaycana qayıtdıqdan sonra məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Musavat.com

Seçilən
33
10
musavat.com

10Mənbələr